Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Ədliyyə Nazirliyi Penitensiar xidmətə işə qəbul üçün müsabiqə elan edir –

User 20 Oktyabr 2025 - 12:26 (Last updated: 20 Oktyabr 2025 - 12:26)
edliyye

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin fəaliyyətinin yeni çağırışlara uyğun təkmilləşdirilməsi tədbirləri çərçivəsində kadr korpusunun şəffaf üsullarla yüksək ixtisaslı mütəxəssislər hesabına komplektləşdirilməsi məqsədilə 2025-ci ilin oktyabr ayının 20-dən noyabr ayının 20-dək açıq müsabiqə keçirilir.

Vakant vəzifələr Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində energetika mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, psixologiya, təhsildə sosial-psixoloji xidmət, yanğın təhlükəsizliyi mühəndisliyi, fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi ixtisasları üzrə ali təhsil tələb edən orta rəis heyəti vəzifələridir.

Ədliyyə orqanlarında qulluq keçmə ilə bağlı qanunvericiliyin tələblərinə cavab verən Azərbaycan Respublikası vətəndaşları müsabiqədə iştirak etmək üçün müraciət edə bilərlər.

Müsahibədə iştirak etmək istəyən şəxslər ərizə nümunəsi ilə Penitensiar xidmətin veb-saytında “Xidmətə qəbul” bölməsində tanış ola bilərlər.

Ərizələri xidmətin elektron poçtu (info@penitensiar.justice.gov.az), Azərpoçt və ya xidmətin Bakı şəhəri, Kövkəb Səfərəliyeva küçəsi, giriş 14 ünvanında yerləşən inzibati binasındakı poçt qutusu vasitəsilə təqdim etmək mümkündür.

Vətəndaşlar müsabiqənin keçirilməsi ilə bağlı (012) 498-71-06, (012) 493-44-89 nömrəli telefonlar vasitəsi ilə əlavə məlumat ala bilərlər.

AzPost.az

Post navigation

Previous: 9 ayda vətəndaşlar 3 min odlu silahı könüllü təhvil veriblər –
Next: Azyaşlılar 80-dən çox məzarı dağıtdılar

Oxşar xəbərlər

leyla baqca01
  • Sosial

Şamaxıda körpələr evi-uşaq bağçasının açılışı olub

User 26 Oktyabr 2026 - 22:44
kabab esas
  • Sosial

Ətdən imtina sağlam qocalmağa kömək edə bilər

User 26 Oktyabr 2026 - 21:50
vuqar
  • Sosial

AQC Avropanın ən böyük qiymətləndirmə təşkilatına üzv oldu

User 26 Oktyabr 2026 - 21:13

xƏBƏR

valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 27 Oktyabr 2026 - 10:25
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. Oktyabrın 27-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil...
Read more about Bu günə olan valyuta məzənnələri
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edir – CANLI ilham medeniyet
  • Baş Yazı

İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edir – CANLI

User 27 Oktyabr 2026 - 10:00
Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı sarigul
  • Dünya

Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı

User 26 Oktyabr 2026 - 23:53
İran prezidenti Moskvaya gedib putin pezeskian
  • Dünya

İran prezidenti Moskvaya gedib

User 26 Oktyabr 2026 - 23:50
Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı banan
  • Maraqlı

Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı

User 26 Oktyabr 2026 - 23:38
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.