Əfqanıstanda kömür mədəni çöküb, 35 fəhlə dağıntı altında qalıb

Əfqanıstanın şimalındakı Samanqan əyalətinin Dara Sof rayonunda kömür mədənində çökmə nəticəsində azı 35 fəhlə dağıntılar altında qalıb.

Trend-in “Etilaatroz” qəzetinə istinadla verdiyi məlumata görə, hadisə dekabrın 14-də axşam saatlarında baş verib.

Hazırda dağıntılar altında qalanların taleyi naməlumdur. Hadisə yerinə tibbi qruplar və təcili yardım maşınları cəlb olunub. Xilasetmə işlərinin aparılması üçün səylər davam edir.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.