Əfqanıstanın Bədəxşan əyalətində qəzaya uğrayan Rusiyaya məxsus Falcon 10 təyyarəsindən naməlum şəxslər 1,2 milyon dollar oğurlayıblar.
Azpost.info bildirir ki, erli “Hasht e Subh” nəşrinin məlumatına görə, qəza yerinə ilk gələn şəxslər Taliban silahlı qüvvələrinin baş qərargahının rəhbəri Qari Fəsihəddin Fitrətlə əlaqəlidirlər.
Oğurluqdan sonra Talibandan olan Bədəxşan qubernatoru Məhəmməd Əyyub Xalid qəzanın və sonrakı cinayətin bütün hallarını müəyyən etmək üçün xüsusi təhqiqat komissiyası yaradıb. İstintaq qrupunun yaradılması barədə əmri Baş nazir Məhəmməd Həsən Axund imzalayıb. Komissiyaya Talibanın regional kəşfiyyat bölməsinin rəhbəri rəhbərlik edir.
Rusiya və Əfqanıstan oğurluğun araşdırılması üçün xüsusi qrupun yaradılması ilə bağlı məlumatı hələlik şərh etməyib.
Təyyarə yanvarın 20-də Tacikistan-Əfqanıstan sərhədi yaxınlığında qəzaya uğrayıb. Altı sərnişindən dördü sağ qala bilib. Onların arasında iki pilot və tibb işçisi də var. Onlar müalicə üçün Kabilə aparılıb. Təcili yardım xidməti qalan iki sərnişini hələ tapa bilməyib, xilasetmə işləri davam edir.