Ekologiya Nazirliyinin gənc şöbə müdiri vəfat edib

10 Noyabr 2021 - 12:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli vəfat edib.

Bu barədə nazirlik məlumat yayıb.

O. Məhərrəmli dünən gecə ürək tutmasından dünyasını dəyişib.