Elçin Quliyev “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində olub- FOTO

İyunun 22-23-də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində xidməti-döyüş fəaliyyətinin təşkilini yox­layıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən  APA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən verilmiş tapşırıqların icra vəziyyəti öyrənilib, təmas xəttində döyüş mövqelərində xidmətdə olan sərhədçilərlə görüşülmüş, xidməti və yaşayış şəraitlərinə, yeni yaradılmış döyüş möv­qe­lərinə və məntəqələrinə, yeni salınmış yollara və qoruyucu sədlərə baxış keçirilib.

“Qazax” əlahiddə sərhəd diviziyasının xidməti-döyüş fəaliyyətinin təşkili, zəruri sərhəd mü­hafizə və müdafiə infrastrukturunun təkmilləş­dirilməsi, hərbi hissələrin və qarni­zon­ların tikintisi üzrə görülən işlər nəzərdən keçi­rilib, döyüş hazırlığının yük­səldilməsi, dövlət sərhədinin toxunul­mazlığının və şəxsi heyətin təhlü­kəsizliyinin təmin edilməsi istiqa­mətində zəruri göstərişlər verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

XİN başçısı:

Sonrakı məqalə

“Abituriyentlər üçün dərs vaxtı”: