XİN başçısı:“ABŞ hərbi gəmisinin Batumi limanına yan alması regional stabilliyi təşviq edir”

ABŞ-ın USS Porter (DDG 78) hərbi gəmisi Gürcüstanın Batumi limanına daxil olub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani “Twitter”də bildirib.

Nazir ABŞ hərbi gəmisinin üçüncü dəfə Batumi limanına yan almasını xoş qarşıladığını və bunun ABŞ-la Gürcüstan arasında təhlükəsizlik sahəsində dinamik əməkdaşlığı təsdiqlədiyini bildirib.

Nazir qeyd edib ki, bu fakt Qara dənizin Avro-Atlantik təhlükəsizlik üçün əhəmiyyətini təsdiqləyir, regional sülh və stabilliyi təşviq edir.

Qeyd edək ki, gəmi Batumi limanına iyunun 23-də yan alıb. COVID-19 pandemiyası səbəbi ilə hərbi gəminin heyətinin sahilə çıxmayacağı bildirilib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dövlət qulluqçuları təltif edildi

Sonrakı məqalə

Elçin Quliyev “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində olub