Eldəniz Səlimovun deputat toxunulmazlığı ləğv edildi –

QƏRAR
03 Avqust 2021 - 13:00

Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçirilib.

Növbədənkənar iclasda “Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” məsələ müzakirə olunub.

Spiker Sahibə Qafarova müzakirələrdən sonra qanun layihəsini səsverməyə çıxarıb. Deputatlardan 98 nəfər məsələnin lehinə səs verib. Bir nəfər bitərəf qalıb, bir nəfər isə səsvermədə iştirak etməyib. Təklifin əleyhinə səs verən olmayıb.

Bundan sonra növbədənkənar sessiya işini başa çatdırıb.