Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Ukraynada hərbi bazaları yerləşdirin!” – Zelenskidən ABŞ və Avropaya çağırış

User 20 Noyabr 2026 - 13:41
zelenski

Ukrayna prezidenti Volodimir Zelenski hesab edir ki, ABŞ və Avropa ölkələri təhlükəsizlik zəmanətləri çərçivəsində Ukraynada öz hərbi qüvvələrini və bazalarını yerləşdirməlidir.

Azpost.info bildirir ki, onun sözlərinə görə, Vaşinqtonun təklif etdiyi zəmanətlər NATO Nizamnaməsinin kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinə bənzər olmalıdır.

“Fikrimcə, 5-ci maddə nümunəsində real təhlükəsizlik zəmanətlərinin bir hissəsi ABŞ və Avropa tərəfdaşlarının hərbi qüvvələrinin və bazalarının Ukraynada mövcudluğu olmalıdır. Bunlar olmadan 5-ci maddədən və ya ona bənzər mexanizmdən danışmaq çətin olacaq”, – Zelenski Berlində jurnalistlərə bildirib.

O vurğulayıb ki, Ukrayna ABŞ hərbçilərinin öz ərazisində fiziki mövcudluğunda maraqlıdır. Prezident bunu ABŞ-ın hərbi bazalarının yerləşdiyi Yaxın Şərq ölkələrindəki vəziyyətlə müqayisə edib.

Zelenskinin sözlərinə görə, hazırda NATO üzvlüyü olmadan Ukraynaya veriləcək təhlükəsizlik zəmanətlərinin konkret olaraq nəyi ehtiva edəcəyi ilə bağlı vahid anlayış yoxdur. “Rusiya yenidən hücuma keçməyə cəhd edərsə, tərəfdaşlarımız nə edəcəklər? Hətta “əgər” yox, “nə vaxt” sualı ortaya çıxır. Bu, təkcə tərəfdaşlar üçün deyil, Ukrayna cəmiyyətinə və ölkəyə investisiya yatıracaq investorlar üçün də aydın olmalıdır. Onların konkret cavablara ehtiyacı var”, – Ukrayna prezidenti qeyd edib.

Zelenski ABŞ-ın 11 sentyabr terror aktlarına verdiyi reaksiyanı nümunə göstərərək, Ukraynaya qarşı yeni təcavüz halında cavabın da eyni dərəcədə qəti və aydın olmalı olduğunu bildirib.

“Söhbət eyni prinsipdən gedir: biz tərəfdaşlarımızla birlikdə dəyərlərimizi və azadlığımızı müdafiə edəcəyik. Putin və ya başqa biri yenidən bizə hücum edərsə, cavab həqiqətən güclü olmalıdır”, – Zelenski deyib.

N.Talıblı

AzPost.az

Post navigation

Previous: Badamdarda sürüşmə sahəsində çatlar genişlənib
Next: Avropa liderlərindən “ikinci Yalta”ya etiraz – “Qitənin bölünməsinə imkan verməyəcəyik”

Oxşar xəbərlər

trap putin si
  • Dünya

Avropa liderlərindən “ikinci Yalta”ya etiraz – “Qitənin bölünməsinə imkan verməyəcəyik”

User 20 Noyabr 2026 - 13:46
kiyev raket
  • Dünya

Rusiya Kiyevə ballistik raketlərlə hücum etdi – 3 körpü vuruldu

User 20 Noyabr 2026 - 10:57
tramp f
  • Dünya

“Ukraynaya ayrılan pulları özünüzə xərcləyin” – Trampdan Avropaya çağırış

User 20 Noyabr 2026 - 09:57

xƏBƏR

trap putin si
  • Dünya

Avropa liderlərindən “ikinci Yalta”ya etiraz – “Qitənin bölünməsinə imkan verməyəcəyik”

User 20 Noyabr 2026 - 13:46
Ukraynanı dəstəkləyən ölkələrin liderləri Berlində bir araya gəliblər. Bu görüş Çin lideri Si Cinpin, Rusiya prezidenti Vladimir...
Read more about Avropa liderlərindən “ikinci Yalta”ya etiraz – “Qitənin bölünməsinə imkan verməyəcəyik”
“Ukraynada hərbi bazaları yerləşdirin!” – Zelenskidən ABŞ və Avropaya çağırış zelenski
  • Dünya

“Ukraynada hərbi bazaları yerləşdirin!” – Zelenskidən ABŞ və Avropaya çağırış

User 20 Noyabr 2026 - 13:41
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib surusme badadar
  • Sosial

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib

User 20 Noyabr 2026 - 13:28
Çay içmək insult və infarkt riskini azaldır – araşdırmanın nəticələri çayın
  • Maraqlı

Çay içmək insult və infarkt riskini azaldır – araşdırmanın nəticələri

User 20 Noyabr 2026 - 13:22
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 20 Noyabr 2026 - 13:10
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.