Azərbaycanda əhali qrupu üzrə elektrik enerjisindən güzəştli istifadə limitinin 100 kVt-saat həcmində müddətli artırılması nəzərdə tutulur.
APA-Economics”in Azərbaycanın İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, bu məsələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamına əsasən, iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı “Əhalinin elektrik enerjisinin istehlakı üzrə kommunal ödənişlərə dəstək proqramı”da əksini tapıb.
Qeyd edək ki, hazırda Azərbaycanda əhali qrupu üzrə aylıq elektrik enerjisindən güzəştli istifadə limiti 300 kVt-saat təşkil edir. Bu limit çərçivəsində elektrik enerjisinin 1 kVt-saatı 7 qəpikdən hesablanır. Limiti keçdikdə istifadə edilən elektrik enerjisinin 1 kVt-saatı üçün qiyməti 11 qəpikdən hesablanır.
Beləliklə, yeni proqrama sözügedən limitin müddətli 400 kVt-saatadək artırılmasını nəzərdə tutur.