Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

“Əli İnsanov andımızı pozdu, salam-kəlamı tapdadı” –

User 28 Noyabr 2023 - 18:00 (Last updated: 21 May 2025 - 20:15)
zelimxan eli insanov

Azərbaycan Haqq və Ədalət Partiyasının (HƏP) Ali Məclisinin sədri Zəlimxan Məmmədli videomüraciət yayımlayaraq təşkilatın sədri, sabiq səhiyyə naziri Əli İnsanovu tənqid edib. “HƏP-dəki rəzalət” başlığı ilə yayımladığı videomüraciətdə Z.Məmmədli partiya sədri tərəfindən şəxsinə qarşı ədalətsiz mövqe tutulmasından, təşkilatın nizamnamə və məramnaməsinin kobud şəkildə pozulmasından, ona qarşı sosial şəbəkələrdə iyrənc kampaniyaya başlanmasından danışıb.

Məsələ ilə bağlı Azpost.info-ya danışan Z.Məmmədli bildirib ki, HƏP-lə bağlı bütün məsələlərə sözügedən videomüraciətində aydınlıq gətirib: “Dediklərimə əlavə etmək istədiyim sözlər yoxdur. Mən mübarizə adamıyam. Mən Əli İnsanovun təklifi ilə HƏP-ə gəldim, partiyanın quruculuğu, inkişafı üçün çalışdım. Fəaliyyətim də bir ay əvvələdək Əli İnsanov tərəfindən yüksək qiymətləndirildi, təşəkkür edildi. Mən mübarizəni hansısa vəzifəyə görə aparmamışam, bundan sonra da əqidəm bir olaraq qalacaq. Harada olmuşamsa Azərbaycan naminə, dövlət naminə, dövlətçilik naminə, Azərbaycanın bütövləşməsi naminə çalışmışam”.

“Əli İnsanov özü mənə partiyaya gəlmək, mübarizəni birgə aparmağı təklif etdi. Şərtlərimiz oldu, andımız oldu. Amma Əli İnsanov addımı ilə andımızı poza-poza gəldi, salam-kəlamı da tapdadı, eti sarsıtdı. Onun addımları nə partiya sədrliyinə, nə siyasətə, nə ağsaqqallığa sığır”, – deyə Z.Məmmədli əlavə edib.

Z.Məmmədli Əli İnsanovun göstərişi ilə sosial şəbəkələrdə şəxsinə qarşı iyrənc kampaniya aparanlara xəbərdarlıq edib: “Mənə bu cür iftiralar, yapışmaz. Hər kəs hər kəsi tanıyır. Mənim yolum da bəllidir, əqidəm də bəllidir. Bundan sonra HƏP səhifəsi mənim üçün qapandı”.

Anar ABDULLA

Azpost.info

Post navigation

Previous: “İrəvan Qərbdən zəmanət alandan sonra MDB-dən çıxacaq” –
Next: Milli Məclis Ermənistan parlamentinin spikerinin son açıqlamasına münasibət bildirib

Oxşar xəbərlər

hikmet-h.
  • Siyasət

“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 13:27
ceyhun fidan02
  • Siyasət

Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü

User 29 Oktyabr 2026 - 15:32
ceyhun fidan
  • Siyasət

Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib

User 29 Oktyabr 2026 - 12:29

xƏBƏR

erdoqan ceyhun01
  • Baş Yazı

Ərdoğan Ceyhun Bayramovu qəbul edib

User 30 Oktyabr 2026 - 17:51
Prezidentimiz Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.   Türkiyə Prezidenti Rəcəb Tayyib...
Read more about Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Oktyabrın 31-də maqnit qasırğası gözlənilir – Azərbaycana təsiri olacaqmı? maqnit
  • Maraqlı

Oktyabrın 31-də maqnit qasırğası gözlənilir – Azərbaycana təsiri olacaqmı?

User 30 Oktyabr 2026 - 17:46
Acqarına içilən bu içkilər mədəyə və qanda şəkərə zərər verə bilər cay kofe
  • Maraqlı

Acqarına içilən bu içkilər mədəyə və qanda şəkərə zərər verə bilər

User 30 Oktyabr 2026 - 17:40
Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib ramiz mehdiyev
  • Ölkə

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

User 30 Oktyabr 2026 - 17:27
YAP Təftiş Komissiyasının sədri seçilib ilham yap02
  • Ölkə

YAP Təftiş Komissiyasının sədri seçilib

User 30 Oktyabr 2026 - 16:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.