Əlilliyə görə kimlərə nə qədər ödəniş edilir?– Yeni statistika

2026-cı ilin iyul ayında Azərbaycanda əlilliyə görə 243,1 min nəfər pensiya, 221,5 min nəfər aylıq müavinət, 91,8 min nəfər isə Prezident təqaüdü alıb.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan Azpost.info-ya məlumat verib.

Beləliklə, iyul ayında əlilliklə bağlı müxtəlif sosial ödənişlər alanların ümumi sayı 556,4 min nəfər təşkil edib.

Son rəsmi statistikaya görə, 2025-ci ilin əvvəlinə Azərbaycanda 498 442 nəfər əlilliyi olan şəxs qeydə alınıb. Onların 454 944 nəfəri 18 yaşdan yuxarı, 43 498 nəfəri isə əlilliyi olan uşaqlardır.

DSMF-nin iyun ayı üzrə məlumatında isə əlilliyə görə 244 839 nəfərin pensiya, 223 862 nəfərin aylıq müavinət, 92 204 nəfərin Prezident təqaüdü aldığı bildirilmişdi.

Məlumatlar göstərir ki, iyul ayında bu kateqoriyalar üzrə ödəniş alanların sayı iyunla müqayisədə müəyyən qədər azalıb.

Eyni zamanda, bu ilin ilk yarısında 25,3 min nəfərə əlillik təyin edilib. Onlardan 10,9 min nəfər ilkin, 14,4 min nəfər isə təkrar əlillik təyinatı alıb.

S.Abdulla

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.