Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Əlilliyi olan uşaqların sağlamlığının qorunması” layihəsinə start verildi

User 04 May 2026 - 19:24 (Last updated: 04 May 2026 - 20:26)
elil usaq qht

“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi 01 may 2026-cı il tarixindən etibarən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi-nin maliyyə dəstəyi ilə “Əlilliyi olan uşaqların sağlamlığının qorunması” layihəsinin icrasına başlamışdır.

Layihənin əsas məqsədi əlilliyi olan uşaqların sağlamlıq vəziyyətinin yaxşılaşdırılması, onların motor bacarıqlarının inkişaf etdirilməsi, fiziki aktivliyinin artırılması və gündəlik həyatda daha müstəqil hərəkət etmə qabiliyyətlərinin gücləndirilməsidir. Eyni zamanda layihə valideynlərin, xüsusilə anaların reabilitasiya prosesində daha aktiv iştirakını təmin etməklə uşaqların ev şəraitində də davamlı dəstək almasına şərait yaradır.

Layihə çərçivəsində iştirakçı analara mütəxəssislər tərəfindən bir sıra praktik və nəzəri təlimlər keçiriləcək. Təlim proqramına aşağıdakı istiqamətlər daxildir:
Kineziolentləmə (kinesio taping) texnikaları
Müvazinətin düzgün tənzimlənməsi
Postural vəziyyətin korreksiyası
Yürüşün düzgün formalaşdırılması və korreksiyası
Digər reabilitasiya yönümlü praktik bacarıqlar
Layihə müddətində ümumilikdə:
8 ədəd kineziolentləmə təlimi
4 ədəd müvazinətin düzgün tənzimlənməsi üzrə təlim
4 praktik tətbiq günü keçirilməsi nəzərdə tutulur. Təlimlər tibb mütəxəssisi tərəfindən aparılacaq və valideynlərin övladlarının reabilitasiyasında praktiki bacarıqlarını artırmağa yönələcək.
Layihənin icrası nəticəsində valideynlərin reabilitasiya sahəsində bilik və bacarıqlarının gücləndirilməsi, uşaqlarda isə fiziki inkişaf göstəricilərinin yaxşılaşması, motor funksiyaların artması, motivasiyanın yüksəlməsi və ümumi həyat keyfiyyətinin yaxşılaşması gözlənilir.
Layihə 31 iyul 2026-cı il tarixinədək davam edəcək. Layihənin sonunda iştirakçılarla yekun qiymətləndirmə aparılacaq, əldə olunan nəticələr təhlil ediləcək və valideynlərin bilik səviyyəsi ölçüləcək.
“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi bu layihə vasitəsilə cəmiyyətdə inklüziv yanaşmanın gücləndirilməsinə, əlilliyi olan uşaqların sosial və fiziki reabilitasiyasına dəstək verməyə davam edir.

AzPost.az

Post navigation

Previous: Prezident İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib
Next: Prezident İlham Əliyevin İtaliya Baş naziri ilə geniş tərkibdə görüşü olub

Oxşar xəbərlər

erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
ilham erdoqan herbciler
  • Sosial

Azərbaycan və Türkiyə prezidentləri hərbi qulluqçularla görüşdü

User 08 Noyabr 2026 - 20:08

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.