“Elina işi”:direktorun şikayəti təmin edilmədi

Bakı Apelyasiya Məhkəməsində Elina Hacıyevanın ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasova barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.

APA-nın məlumatına görə, hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə mərhum Elina Hacıyevanın nümayəndəsi Sevinc Əliyeva çıxış edərək Səbail rayon Məhkəməsinin qərarından narazı olduqlarını bildirib: “Məhkəmənin hökmündən qismən narazıyıq. Məhkəmə təqsirləndirilən şəxsin əməlində cinayət əməlini sübuta yetirdi. Lakin Sevinc Abbasovaya verilən cəza yüngül oldu, onun cəzası ağırlaşdırılmalıdır. Onun barəsində həbsli cəza verilməlidir”.

S.Əliyeva həmçinin təqsirləndirilən şəxsə və Təhsil Nazirliyinə qarşı qaldırdıqları 100 min manatlıq mülki iddianın təmin edilməsini istəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bəzi aviaşirkətlər İran və İraq üzərindən uçuşları dayandırıb

Sonrakı məqalə

Mövlud Çavuşoğlu İraqa gedir