Entoni Hopkins “Ən yaxşı aktyor” kimi BAFTA mükafatına layiq görülüb

Britaniyalı aktyor Entoni Hopkins “Ən yaxşı aktyor” nominasiyası üzrə Britaniyanın Film və Televiziya Sənətləri Akademiyasının (BAFTA) mükafatını qazanıb.

 “RİA Novosti” xəbər verir ki, aktyor bu mükafatı fransalı rejissor Florian Zellerin çəkdiyi və qocalıq, xəstəlik və uşaqlarla münasibətlərdən bəhs edən dram janrlı “Ata” (“The Father”, 2020) filmindəki roluna görə əldə edib.

Bu, 83 yaşlı E.Hopkinsin üçüncü “Tunc maska”sıdır. Bundan əvvəl, o, “Kölgələr ölkəsi” (“Shadowlands”, 1993) və “Quzuların səssizliyi” (“The Silence of the Lambs”, 1990) filmləri üzrə bu nüfuzlu mükafata layiq görülmüşdü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiya sərhədçi generalının qızının İrəvanda güllələnmiş meyiti tapılıb

Sonrakı məqalə

Yasamalda avtomobilə atəş açıldı, maşın dərədən aşdı –