Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Ərdoğan Bağçalının Öcalanla görüşə hazır olmasına münasibət bildirib

User 19 Noyabr 2025 - 14:20 (Last updated: 19 Noyabr 2025 - 14:35)
691d997910d80691d997910d811763547513691d997910d7e691d997910d7f

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalının İmralı həbsxanasında PKK terror təşkilatının lideri Abdullah Öcalanla görüşməyə hazır olmasına dair bəyanatına münasibət bildirib.

APA-nın xəbərinə görə, Ərdoğan Dövlət Baxçalının ilk gündən verdiyi bəyanatlarla “Terrorsuz Türkiyə” prosesinin bu nöqtəyə gəlməsinə misilsiz töhfə verdiyini vurğulayıb.

Qeyd edək ki, MHP sədri Dövlət Bağçalı İmralı həbsxanasında PKK terror təşkilatının lideri Abdullah Öcalanla görüşməyə hazır olduğunu bəyan edib.

“Açıq şəkildə deyirəm. Lazım gəlsə, üç dostumu da götürüb İmralıya gedərəm”, – o qeyd edib.

Dövlət Bağçalı vurğulayıb ki, terrordan azad bir Türkiyənin hədəfi getdikcə daha da güclənməkdirsə, İmralıya getməkdən çəkinməyin mənası yoxdur.

Dövlət Baxçalı Öcalanla danışıqlar aparan DEM Partiya heyəti ilə də görüşüb.

Xatırladaq ki, bir müddət əvvəl PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına çağırış edib. Öcalanın adından yayılan yazılı müraciətdə “Silahı yerə qoyun!” çağırışı yer alıb. PKK liderinin çağırışından sonra bir qrup təşkilat üzvü Süleymaniyyədə tərksilah olub.

PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.

AzPost.az

Post navigation

Previous: Azərbaycanda dövlət satınalmalarının sayı artıb –
Next: Bu il 185 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb

Oxşar xəbərlər

tramp netanyahu
  • Dünya

Tramp və Netanyahu arasında telefon danışığı olub

User 01 Noyabr 2026 - 11:00
abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
rubio
  • Dünya

ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi

User 31 Oktyabr 2026 - 21:27

xƏBƏR

kere yaqi
  • İqtisadiyyat

Yağ qiymətlərində kəskin bahalaşma – İstehsal azalır, idxal artır

User 01 Noyabr 2026 - 15:39
Azərbaycanda kərə və duru yağların qiymətində artım müşahidə olunur. Bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss...
Read more about Yağ qiymətlərində kəskin bahalaşma – İstehsal azalır, idxal artır
Media və Yayım Şurası Bəyanat yaydı – “Jurnalistlərə qarşı zorakılıq narahatlıq doğurur” beyanat
  • Media

Media və Yayım Şurası Bəyanat yaydı – “Jurnalistlərə qarşı zorakılıq narahatlıq doğurur”

User 01 Noyabr 2026 - 14:05
Bakıda APA TV -nin əməkdaşı döyülüb – YENİLƏNİB jurnalist doy
  • Media

Bakıda APA TV -nin əməkdaşı döyülüb – YENİLƏNİB

User 01 Noyabr 2026 - 11:32
Tramp və Netanyahu arasında telefon danışığı olub tramp netanyahu
  • Dünya

Tramp və Netanyahu arasında telefon danışığı olub

User 01 Noyabr 2026 - 11:00
ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.