Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidenti İbrahim Rəisi ilə Fələstin-İsrail gərginliyini müzakirə edib .
Azpost.info xəbər verir ki, Ərdoğan bildirib ki, bölgədə sülhün bərqərar olması üçün tez bir zamanda münaqişəyə son qoyulmalı və gərginliyin daha da artmasına səbəb ola biləcək addımlardan qaçılmalıdır.
Türkiyə prezidenti qeyd edib ki, Ankara Qəzza zolağına humanitar yardımın çatdırılması üçün səy göstərir və qarşılıqlı razılaşmalar tərəflər arasında davamlı sülhə gətirib çıxara bilər.
Azpost.info