Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Ərdoğan sabah Putinlə telefon danışığı aparacaq

User 23 Noyabr 2025 - 19:15 (Last updated: 23 Noyabr 2025 - 19:49)
erdogan putin

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi, noyabrın 24-də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı planlaşdırıldığını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Yohannesburqda keçirilən G20 sammitindən sonra keçirilən mətbuat konfransında çıxış edən Türkiyə lideri Ukrayna Prezidenti Vladimir Zelenskinin bu yaxınlarda Ankaraya səfər etdiyini xatırladıb. “Bu həftə Zelenskini ölkəmizdə qəbul etdik və sabah Putinlə söhbət edəcəyəm. Ukrayna ilə Rusiya arasında sülh üçün bütün addımları atmağa hazırıq və bu istiqamətdə səylərin səfərbər olunduğunu elan etmişik. Ümid edirəm ki, məqsədlərimizə çatacağıq”, – deyən Türkiyə Prezidenti Kiyevlə Moskva arasında İstanbul sülh prosesinin bərpasının vacibliyini vurğulayıb.

Türkiyə Prezidenti Qara dəniz Taxıl Dəhlizini xatırladaraq qeyd edib ki, bu addım “bölgədə sülhə yol açmaq” məqsədi daşıyırdı. “Təəssüf ki, Taxıl Təşəbbüsünə əməl olunmadı. Mən Putindən sülh təşəbbüslərinin bərpasını nəzərdən keçirməsini xahiş edəcəyəm. İnsan itkisinin qarşısını almaq vacibdir”, – deyə Türkiyə lideri qeyd edib.

Rəcəb Tayyib Ərdoğan, həmçinin əlavə edib ki, Vladimir Putinlə söhbətindən sonra ABŞ Prezidenti Donald Tramp və Avropa liderləri ilə Ukrayna ilə bağlı müzakirələr apara bilər.

AzPost.az

Post navigation

Previous: “Sülh planına Ukrayna üçün kritik elementlər daxil ola bilər” –
Next: Tramp əmrlərinə tabesizliyə çağıran senatorları xain adlandırıb

Oxşar xəbərlər

putin uitkof
  • Dünya

Putin noyabrda ABŞ və Ukrayna ilə danışıqlara hazır olduğunu bəyan edib – AÇIQLAMA

User 21 Oktyabr 2026 - 18:30
putin uitkof iclas
  • Dünya

Putinlə Trampın xüsusi elçisi arasında görüş başa çatıb

User 21 Oktyabr 2026 - 17:27
london01
  • Dünya

Britaniyanın dövlət borcu rekord həddə çatdı – BVF-dən kredit istəyə bilər

User 21 Oktyabr 2026 - 17:00

xƏBƏR

putin uitkof
  • Dünya

Putin noyabrda ABŞ və Ukrayna ilə danışıqlara hazır olduğunu bəyan edib – AÇIQLAMA

User 21 Oktyabr 2026 - 18:30
Rusiya noyabr ayında Ukrayna ilə bağlı üçtərəfli danışıqları bərpa etməyə hazırdır. Bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə...
Read more about Putin noyabrda ABŞ və Ukrayna ilə danışıqlara hazır olduğunu bəyan edib – AÇIQLAMA
“Şahdəniz”də yeni mərhələ – Kompressiya layihəsi Azərbaycana nə qazandıracaq? Şahdəniz
  • Baş Yazı

“Şahdəniz”də yeni mərhələ – Kompressiya layihəsi Azərbaycana nə qazandıracaq?

User 21 Oktyabr 2026 - 18:14
Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33
Putinlə Trampın xüsusi elçisi arasında görüş başa çatıb putin uitkof iclas
  • Dünya

Putinlə Trampın xüsusi elçisi arasında görüş başa çatıb

User 21 Oktyabr 2026 - 17:27
İnsan hirsindən nə üçün gülür? – Psixoloqlar bunun səbəbini açıqlayır gulmek
  • Sosial

İnsan hirsindən nə üçün gülür? – Psixoloqlar bunun səbəbini açıqlayır

User 21 Oktyabr 2026 - 17:23
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.