Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb. Danışıq zamanı İsrail-İran münaqişəsi, regional və qlobal problemlər müzakirə olunub. Ərdoğan Türkiyənin İran-İsrail münasibətlərindəki gərginliyi yaxından izlədiyini və Türkiyənin başlanmış nüvə danışıqlarını münaqişənin həllinin yeganə yolu kimi gördüyünü bildirib.

AzPost.az