Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana yola salınıb

User 02 İyun 2026 - 23:54 (Last updated: 02 İyun 2026 - 23:54)
ukr usaqlar

Ukraynada Azərbaycana reabilitasiya üçün göndərilən uşaqların növbəti qrupu bu gün Kiyevdən yola salınıb.

AZƏRTAC xəbər verir ki, növbəti qrup Mariupol şəhərindən qaçqın düşən ailələrin uşaqlarıdır.

Yola salınma mərasimində Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, səfirliyin müşaviri Fərid Babayev də iştirak edib. Səfir Seymur Mərdəliyev Azərbaycanın humanitar yardımda daim fəal olduğunu xatırladaraq, ukraynalı uşaqların reabilitasiyası üçün qəbulunun da bunun bir hissəsi olduğunu deyib. Bildirilib ki, bununla indiyədək Azərbaycanda reabilitasiya keçən ukraynalı uşaqların sayı 630-a çatıb. Azərbaycan dövləti tərəfindən humanitar missiya bundan sonra da davam etdiriləcək.

Mariupol merinin müavini Yuri Pivovarov bildirib ki, bu gün 30-dan çox uşaq yola salınır.

“Bu gün burada olmaq, ilk qrup mariupollu uşaqları Azərbaycana yola salmaq şərəfdir. 30-dan artıq uşağı yola salmaq üçün buradayıq. Hamısı Mariupoldandırlar. Bu uşaqlar Azərbaycan tərəfindən reabilitasiyaya qəbul olunacaq. Buna görə Azərbaycan dövlətinə dərin təşəkkür edirik. Biz onları ilk dəfə sağlamlıq-istirahət məqsədilə Azərbaycana göndəririk. Mən Azərbaycan səfiri Mərdəliyevə, əziz həmkarıma bu təşəbbüsə, köməyə, müşayiətə və ümumiyyətlə, bütün bunlara himayəsinə görə təşəkkür etmək istəyirəm. Biz bunu son dərəcə yüksək qiymətləndiririk”, – deyə Yuri Pivovarov əlavə edib.

AzPost.az

Post navigation

Previous: BP-dən gözlənilməz addım –
Next: Ərdoğan və Paşinyan münasibətlərin normallaşmasını müzakirə etdi

Oxşar xəbərlər

hava
  • Sosial

Sabah 20 dərəcə isti olacaq

User 12 Noyabr 2026 - 14:17
pul
  • Sosial

10 ayda icmal büdcənin gəlirləri 42 mlrd. manata yaxınlaşıb

User 12 Noyabr 2026 - 14:13
market
  • Sosial

Mağaza aldığınız malı geri götürmür? – Bu imtinası nə vaxt qanunsuzdur

User 12 Noyabr 2026 - 10:55

xƏBƏR

ilham sandu
  • Siyasət

Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb

User 12 Noyabr 2026 - 17:12
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində Moldova Respublikasının...
Read more about Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
Maya Sandu: Moldova Azərbaycanla enerji əməkdaşlığında maraqlıdır maya sandu
  • Siyasət

Maya Sandu: Moldova Azərbaycanla enerji əməkdaşlığında maraqlıdır

User 12 Noyabr 2026 - 15:23
Prezident “Avropa Siyasi Birliyi”nin keçirildiyi Konqres Mərkəzinə gəlib prezident
  • Siyasət

Prezident “Avropa Siyasi Birliyi”nin keçirildiyi Konqres Mərkəzinə gəlib

User 12 Noyabr 2026 - 15:21
“Azərbaycan Bolqarıstana daha çox qaz tədarük edə bilsə…” – Rumen Radev rumen radev
  • Siyasət

“Azərbaycan Bolqarıstana daha çox qaz tədarük edə bilsə…” – Rumen Radev

User 12 Noyabr 2026 - 15:19
Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşdü görüş
  • Siyasət

Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşdü

User 12 Noyabr 2026 - 15:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.