Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Erkən vaxtı yemək piylənmə riskini azalda bilər

User 07 Avqust 2025 - 10:17 (Last updated: 07 Avqust 2025 - 10:17)
Qidalanma

Qidalanma

Madrid Universitetinin yeni tədqiqatI göstərir ki, yeməkləri günün erkən saatlarında qəbul etmək, genetik olaraq piylənməyə meyilli olan insanlarda belə, uzunmüddətli çəki artımını azalda bilər.

“Obesity” jurnalında dərc olunan araşdırma çərçivəsində tədqiqatçılar 1195 artıq çəkili və ya piylənməsi olan yetkinin iştirak etdiyi ONTIME (Piylənmə, Nutrigenetika, Zamanlama və Aralıq dənizi) tədqiqatını təhlil ediblər. İştirakçılar İspaniyada altı müxtəlif arıqlama klinikasında 16 həftəlik çəkiitirmə proqramında iştirak ediblər və onların yemək vaxtı, genetik məlumatları və uzunmüddətli çəki dəyişiklikləri izlənilib. Tədqiqatçılar hər bir iştirakçının genetik piylənmə riskini 900 mindən çox genetik marker əsasında hesablayıblar.

Nəticələr göstərib ki, yemək vaxtı nə qədər gec olarsa, xüsusilə genetik riski yüksək olan fərdlərdə, uzunmüddətli çəki artımı bir o qədər çox olur. Belə ki, yeməyin orta nöqtəsinin hər bir saat gecikməsi bədən kütlə indeksində 0,95 kiloqram/kvadratmetr və bədən çəkisində 2,2 faiz artımla əlaqələndirilib. Genetik riski yüksək olan qrupda bu artım 2,21 kiloqram/kvadratmetrə qədər yüksəlib. Əksinə, aşağı genetik riskə malik şəxslərdə bu cür əlaqə müşahidə edilməyib.

Tədqiqat nəticələri göstərir ki, yemək vaxtı yalnız metabolik proseslərə deyil, eyni zamanda, genetik piylənmə riskinin reallaşmasına da təsir göstərə bilər. Müəlliflərin fikrincə, erkən yemək vərdişi, genetik riskə baxmayaraq uzunmüddətli arıqlama nəticələrinin qorunmasına kömək edə bilər və fərdiləşdirilmiş piylənmə müalicəsində nəzərə alınmalıdır.

AzPost.az

Post navigation

Previous: Prezident İlham Əliyevin ABŞ səfərinin strateji əhəmiyyəti –
Next: Çoxlu alma və pomidor yedikdə ağciyərlər tez bərpa olunur

Oxşar xəbərlər

erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
ilham erdoqan herbciler
  • Sosial

Azərbaycan və Türkiyə prezidentləri hərbi qulluqçularla görüşdü

User 08 Noyabr 2026 - 20:08

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.