Ermənistan parlamentinin bugünkü iclasında insident yaşanıb.
Baş nazir Nikol Paşinyan yeni hökumətin beş illik proqramını təqdim edərkən müxalifətdə olan “Mənim şərəfim var” fraksiyasının üzvü Anna Mkrtçyan onu və hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü olan deputatları təslimçi adlandırıb.
Parlamentin spikeri Alen Simonyan Baş naziri təhqir etdiyini əsas gətirərək, A. Mkrtçyandan iclas zalını tərk etməyi tələb edib. A. Mkrtçyan bu tələbə məhəl qoymadıqda spiker təhlükəsizlik qüvvələrinin əməkdaşlarını zala çağırıb.
Təhlükəsizik əməkdaşları A. Mkrtçyanı zorla iclas zalından çıxarmaq istəyərkən isə müxalifətçi deputatlarla onların arasında insident yaşanıb.
Müxalifətçi deputatların müqavimətinə baxmayaraq, A. Mkrtçyan iclas zalından çıxarılıb.