Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin daha bir qrupunun – Karapetyan Rafik Robertoviç, Qolayan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşak Merojanoviç, Yerğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrekyan Vahagen Edikoçiv, Soğomanyan Setrak Samveloviç, Dilanyan Arman Vazgenoviç, Martoyan Manuk Xovanesoviç, Anbardanyan Vels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç, Qriqoryan Feliks Arşakoviç barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidov sədrliyi keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər biri 6 il müddətinə azadlıqdan məhrum edilib.
Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.
Hökmdə o da qeyd olunub ki, təqsirləndirilən şəxslər cəzalarını çəkib başa vurduqdan sonra Azərbaycan hüdudlarından çıxarılmalıdılar.