Erməni vitse-spiker müxalifətçi bloqerə kəllə atıb –

FOTO
30 Aprel 2020 - 10:20

Ermənistan Parlamentinin vitse-spikeri Alen Simonyan çərşənbə günü müxalifçi bloqer Artur Danielyanla mübahisə zamanı başı ilə onun sifətinə zərbə endirib.

RİA Novosti xəbər verir ki, tərəflər arasındakı davanı əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, vitse-spiker bloqerin söyüş söyməsindən sonra bu addımı atmağa məcbur olub.

Parlamentdə hakim “Mənim addımım” bloku hadisəni təsdiqləyib.

Onların hər ikisi tibbi yardıma ehtiyacları olduğunu bildirib.

Hüquq-mühafizə orqanları parlamentdə baş verən sözügedən hadisəyə münasibət bildirməkdən imtina edib.