Ermənilər Arazboyunda yeni bağ sahəsi saldı

- FOTOLAR
18 Dekabr 2019 - 16:24

Ermənilər işğal altında saxladıqları Azərbaycan torpaqlarında yeni infrastuktur yaratmaqda davam edir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Cəbrayıl rayonu ərazisində, Araz çayı sahilində “Araksavan” adlı kəndin əsasını qoyan ermənilər ərazidə təsərrüfat fəaliyyətlərini genişləndirir. Belə ki, yerli iş adamı Henrix Aslanyan və Qaqik Çatryan ABŞ-dan irriqasiya sistemləri və yeni bitki tingləri gətirib.

Onlar 120 hektar sahədə nar bağı salacaq.