İşğal altında olan Azərbaycanın Kəlbəcər rayonunda məskunlaşmış erməni əhalisi oranı tərk etməyə başlayıb.
Azpost.info bildirir ki, bu barədə Sputnik-Armenia məlumat yayıb.
Kəlbəcərdə yerləşən qədim monastır kompleksinin keşişi Ovanes ata Agentliyə deyib ki, hazırda xaçkarların monastırdan çıxarılması ilə məşğuldur. O, lazım olan bütün ritual vasitələrini Ermənistana aparmaq niyyətindədir. Keşiş məbədin qiymətli artefaktlarını aparmaq üçün nəqliyyat problemini həlli etməyə çalışdığını deyib.
Onun sözlərinə görə, məbəd kompleksindəki qab və xaçkarlar sabah artıq oradan çıxarılıb göndəriləcək.
Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistan arasında bağlanmış sazişə əsasən noyabrın 15-də erməni hərbiçiləri oranı tərk etməli və Kəlbəcər rayonu Azərbaycana qaytarılmalıdır.
Kəlbəcər 1993-cü ilin aprelində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdu.