Gürcü saytı:“Prezident İlham Əliyev: nə oldu Paşinyan? Statusun nə oldu?”

Gürcüstanın böyük oxucu kütləsinə malik “interpressnews.ge” informasiya agentliyi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti zamanı söylədiyi fikirlərə geniş yer ayırıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidentinə istinadən yayılan xəbərlərdə Ağdamın, Kəlbəcərin və Laçın rayonlarının dekabrın 1-dək qaytarılması, bölgəyə Rusiya və Türkiyə sülhməramlılarının yerləşdirilməsi məsələsi əksini tapıb.

Ən çox oxunan isə “Prezident İlham Əliyev: Nə oldu Paşinyan? Qarabağla bağlı statusun nə oldu? Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq” sərlövhəli məqalə olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənilər Kəlbəcəri tərk etməyə başlayıb

Sonrakı məqalə

Türkiyə və Rusiya Müdafiə nazirləri Qarabağı müzakirə ediblər