Bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən “Laçın” sərhəd-buraxılış məntəqəsi avtomat silahlardan atəşə tutulub.
Azpost.info bildirir ki, bununla bağlı “Caliber”hərbi jurnalının saytı məlumat yayıb.
Qeyd olunur ki, atəş sərhəd-buraxılış məntəqəsi ilə üzbəüz mövqelərdən açılıb. Həmin vaxt Azərbaycanın dövlət bayrağının qaldırılma mərasimi keçirilirimiş.
Düşmən atəşi nəticəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçisi yaralanıb.
Onun vəziyyəti stabil qiymətləndirilir.
Hazırda vəziyyət bölmələrimizin nəzarətindədir, atışmalardan sonra erməni hərbçilər postlarını tərk ediblər.
Silahlı hücumla əlaqədar əlavə məlumat veriləcək.