Ermənilər Naxçıvanla sərhəddə hərbiçilərinin öldüyü barədə məlumat yayıblar

01 Sentyabr 2021 - 15:52

Sentyabrın 1-də səhər saat 11:10-da Sədərək-Yerasx istiqamətində atışma zamanı erməni serjant Qeqam Saakyan öldürülüb, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Müdafiə Nazirliyi bu hissədə atışma haqqında heç bir məlumat yaymayıb.