Ermənilərin təxribatı nəticəsində 30 mülki şəxs həlak olub, 143 nəfər yaralanıb –

Baş Prokurorluq
07 Oktyabr 2020 - 19:31

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı təxribatı nəticəsində həlak olanların və yaralananların sayını açıqlayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, 27 sentyabrdan bu günə qədər təxtibatçı hücum nəticəsində 30 nəfər həlak olub, 143 nəfər yaralanıb.

Ümumilikdə 66 mülki obyekt yararsız vəziyyətə düşüb, 427 yaşayış evi isə dağıdılıb.