“Ermənistan danışıqlarda o qədər mənasız tələblər qaldırırdı ki…” –

CEYHUN BAYRAMOV
10 Oktyabr 2020 - 16:36

“Ermənistan o qədər mənasız tələblər qaldırırdı ki, onların məntiqini başa düşmək olmurdu”.

Bunu bu gün keçirilər mətbuat konfransında Xarici İşlər naziri Ceyhun Bayramov bildirib. C.Bayramov deyib ki, danışıqların uzun müddət davam etməsinin səbəbi Ermənistanın mənasız tələblərlə çıxış etməsi olub: “Bu tələblər o qədər mənasızdır ki, bunun üzərində dayanmağa dəyməz”.

“Moskvada texniki fasilələr də nəzərə alınmaqla, danışıqlar 11 saat davam edib”.