Ermənistan döyüş itkilərini açıqlayır –

Mayor və kapitan məhv edilib (RƏSMİ)
14 İyul 2020 - 15:00

Tovuzda döyüşlərdə Ermənistan ordusunun iki hərbçisi öldürülüb.

Azpost.info bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan məlumat verib.

O qeyd edib ki, döyüşlər zamanı mayor Haruş Ambarsumyan və kapitan Sos Elbakyan məhv edilib.