Ermənistan hərbi kəşfiyyatının keçmiş rəhbəri həbs edilib

Ermənistan Baş Qərargahının kəşfiyyat idarəsinin keçmiş rəisi, general-mayor Arayik Arutyunyan həbs edilib.

Azpost.info xəbər verir ki, bu barədə “Sputnik Armenia” Ermənistan hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Dekabrın 15-də saxlanılan Arutyunyanın səhlənkarlıqda ittiham olunduğu deyilir.

“Onun əməlləri nəticəsində Ermənistan Silahlı Qüvvələri düşmənin hücumunu dayandırmaq imkanından məhrum edilib və Azərbaycan Silahlı Qüvvələrinin bölmələri 2021-ci il mayın 12-də sərbəst şəkildə Geqarkunik rayonuna daxil olub”, – Ermənistan prokurorluğundan bildirilib.

Məlumata görə, 2-ci Ordu Korpusunun komandiri olan Arutunyan döyüş növbətçiliyi ilə bağlı aprelin 5-də verdiyi əmrin yerinə yetirilmədiyini bildiyi halda vəziyyəti düzəltmək və günahkarların cəzalandırılması üçün tədbirlər görməyib.

Azpost.info

 

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.