Ermənistan Müdafiə Nazirliyi Hərbi Polisinin rəisi səlahiyyətlərini icra edən Aleksandr Aqacanyanın oğlunun ordu sıralarından təcili tərxis edilməsi faktı üzrə cinayət işi başlanılıb.
“Report” xəbər verir ki, bunu “Joroxvurd” qəzeti yazıb.
Bildirilib ki, bir neçə il əvvəl A.Aqacanyanın oğlu hərbi xidmətə çağırılıb. Atası polkovnik A.Aqacanyan Hərbi Polisin rəisi səlahiyyətlərini icra etməyə başlayandan sonra onu ordu sıralarından azad ediblər.
Ermənistanın Baş Prokurorluğu iş üzrə cinayət işi başlayıb və iş hərbi istintaq bölməsinə göndərilib.
Ermənistan İstintaq Komitısinin məbuat katibi Rimma Yeqanyan qəzetə bildirib ki, oğul Aqacanyanın sağlığı ilə bağlı problemi olub: “Cinayət işi isə tbbi baxışda baş verən pozuntularla (səhlənkarlıq) bağlı başlanılıb”.