Ermənistan Kəlbəcərdəki mövqelərimizi atəşə tutub –

RƏSMİ
27 İyul 2021 - 18:57

İyulun 27-si saat 16:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım kəndləri ərazisindəki mövqelərini snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.