Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Armen Abazyan Rusiyaya səfər edib.
“Sputnik Armenia”nın verdiyi məlumata görə, bu barədə MTX-nın mətbuat xidmətindən bildirilib. Səfərin təfərrüatları barədə açıqlama verilməyib.
Agentlik həmçinin Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanın da Moskvada səfərdə olduğu barədə məlumat yayıb.