9376 hərbi qulluqçusu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib

Prezident İlham Əliyev dekabrın 29-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9376 hərbi qulluqçusu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.

Bu medala layiq görülən hərbi qulluqçuların 2-si general-leytenant, 3-ü general-mayor, 21-i polkovnikdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru və Baş Qərargah rəisi Rusiyaya səfərə gəlib

Sonrakı məqalə

“Türkiyə ilə gündəmimizdə Dağlıq Qarabağ mövzusu prioritet plana çıxıb” –