Ermənistan müharibədəki itkiləri ilə bağlı son rəqəmləri açıqladı

27 Sentyabr 2021 - 11:19

Ermənistan İstintaq Komitəsi II Qarabağ Müharibəsində verilən itkilərlə bağlı yeni statistika dərc edib.

Son məlumatlara görə, 44 günlük müharibə sırasında 3781 erməni hərbçi ölüb, 253 nəfər isə itkin düşüb.
Bundan başqa, Azərbaycan tərəfi 108 hərbçini Ermənistan geri qaytarıb.