Ermənistan nümayəndə heyəti Bakıdadır –

Şəhidlər Xiyabanına getmədilər, nazirdən sərt cavab aldılar
06 Dekabr 2019 - 13:13

Ermənistanın rəsmi şəxslərindən ibarət nümayəndə heyəti Azərbaycana gəlib.

Azpost.info bildirir ki, Ermənistan nümayəndə heyəti dekabrın 6-da Bakıda Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Sazişin imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans və TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclasında iştirak edir.

Nümayəndə heyətinin tərkibinə Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur nazirinin müavini Armen Simonyan, Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin şöbə müdiri Arman Karapetyan və Ermənistan Xarici İşlər Nazirliyinin əməkdaşı Artem Aznauryan daxildirlər. 

Bu gün keçirilən iclas zamanı erməni nümayəndə heyətinin başçısı Armen Simonyan çıxış edərək iştirakçılar üçün hazırlanmış proqramdan narazılıq edib. O, nümayəndə heyətinin qrafikinə Şəhidlər Xiyabanının ziyarəti olunmasının nə üçün salınması ilə maraqlanıb. (interfax)

Ermənistan nümayəndə heyəti Şəhidlər Xiyabanına getməyib.

Azərbaycanın İqtisadiyat naziri Mikayıl Cabbarov erməni nümayəndələrinə cavabı sərt olub: “Mən qonşularımızın reaksiyasını yaxşı başa düşürəm. Onlar Yerevandan Bakıya gəliblər və öz gözləri ilə Bakını görürlər”.

Nazir deyib ki, Azərbaycan tərəfi konstruktiv yanaşmanın tərəfdarıdır: “Biz bilirik ki, destkruktiv yanaşma daha asan, daha dağıdıcıdır. Belə dağıdıcı siyasətin nəticələri qonşu ölkədə görünür. Bu siyasət nəticəsində qonşu dövlət böyük layihələrdən təcrid olunub, özünü dalana dirəyib.”  

Nazir tədbirlər proqramına toxunaraq deyib ki, TRASEKA-nın 20 yaşını qeyd etmək mərhum Heydər Əliyevin aktiv fəaliyyəti nəticəsində mümkün olub:  “Azərbaycan yubileyin mədəni proqramını hazırlayarkən münasibətlərin sivil dünyada qəbul olunmuş tamamilə aydın aspektlərindən çıxış edir”.

M.Cabbarov nümayəndə heyətinə Yerevanın mərkəzində faşistlərə qulluq etmiş Njdeyə ucaldılmış heykəlini xatırladıb: “Gələn il Qələbənin 75 illiyi qeyd olunacaq. Kimlərə abidə qoymağınız barədə bir daha düşünün. Şəxsən sizin üçünsə, məşhur filmdə deyildiyi ki, fərdi mədəni proqram hazırlanıb”.

Nazir erməni nümayəndə heyətini Heydər Əliyev Mərkəzinə getməyi və orada Bakı haqqında sərgiyə baxmağı təklif edib.