“Müxalifəti ağac əkməyə dəvət edirik”- Siyavuş Novruzov

“İnsanlar öz təşəbbüsləri ilə bu kampaniyaya dəstək verirlər. Bu gün burada müxalifətin qanuni və qanunsuz keçirdiyi aksiyadan qat-qat çox adam iştirak edir”.

“Report” xəbər verir ki, bunu YAP icra katibinin müavini Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, YAP bu gün təşəbbüsə qoşularaq ağacəkmə kampaniyasında iştirak edir: “70-dən artıq rayonda 300 nəfərdən az olmayaraq YAP üzvü bu kampaniyada iştirak edir. Ağacların əkilməsi və onlara qulluq edilməsi diqqət mərkəzindədir. Biz yaratdığımız qruplarda gənclər tərəfindən ilboyu monitorinq aparılacaq. Bu monitorinqlər quruyan ağacların dəyişdirilməsi, onlara qulluğun göstərilməsi, yaşıllıq artırılması üçün aparılacaq. Bu təşəbbüs ölkənin ekologiyası üçün gözəl layihələrdən biridir. Biz də böyük məmnuniyyətlə qoşuluruq. Burada kifayət ağac əkilib. Müxalifəti də dəvət edirik ki, insanlar üçün səmərəli işlə məşğul olsunlar, ağac əksinlər, sosial layihələrin həyata keçirilməsində aktiv iştirak etsinlər. Ölkə əleyhinə qalxmaqla deyil, əməlləri ilə xalqa xidmət etsinlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan nümayəndə heyəti Bakıdadır –

Sonrakı məqalə

Oğlu Almaniyada həbsdə olan Əlövsət Əliyevlə görüşüb: