“Ermənistan özünü konstruktiv aparsa…” –

İlham Əliyevdən Paşinyana xəbərdarlıq
19 Oktyabr 2020 - 18:51

“Ermənistan danışıqlar prosesində özünü konstruktiv aparsa günü sabah hərbi əməliyyatları dayandırmağa hazırıq. Amma Yerevandan eşitdiklərimiz Minsk Qrupunun hazırladığı baza prinsipləri ilə tam ziddiyyət təşkil edir”.

Azpost.info bildirir ki, bu barədə prezident İlham Əliyev TASS-a müsahibəsində bildirib.

“Bir müddət əvvəl erməni rəhbərliyi yenidən baza prinsiplərini rədd edən çox təhlükəli bəyanatlarla çıxış edib. Ermənistanın yeni hökümətinin bütün fəaliyyəti danışıqlar prosesini dağıtmağa yönəlib”-deyə Prezident vurğulayıb.

Dövlət Başçısı Azərbaycanın dinc əhalisinə qarşı təxribatçı hucumları qeyd edib: “Əgər erməni tərəfi nəhayət anlasa ki, hərbi təxribatlar yolu onları fəlakətə aparır, o zaman biz hərbi əməliyyatları dayandırıb məsələni danışıqlar stolunda həll edə bilərik”.