Ermənistan parlamenti Paşinyana səs vermədi

03 May 2021 - 15:19

Ermənistan parlamenti bu gün keçirdiyi xüsusi iclasında Nikol Paşinyanın Baş nazir vəzifəsinə namizədliyini dəstəkləməyib.

“Sputnik Armenia” xəbər verir ki, səsvermədə 75 deputat bitərəf qalıb, 3 nəfər əleyhinə, 1 nəfər isə lehinə səs verib. Müxalifət partiyaları səsvermədə iştirak etməyib.

Bununla da Ermənistan parlamentinin buraxılma prosesi başlanıb.