Ermənistan parlamenti Roma Statutunu ratifikasiya etdi

Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyasına səs verib.

Azpost.info xəbər verir ki, 60 deputat ratifikasiyanın lehinə, 20 deputat əleyhinə səs verib.

“Qərar qəbul edilib”, – parlamentin spikeri Alen Simonyan bildirib.

Müxalifət fraksiyaları olan “Hayastan” və “Mənim Şərəfim” sənədin əleyhinə səs verib, müzakirəni boykot ediblər. Lakin səsverməyə gəliblər.
Səsvermə başlamazdan əvvəl “Şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan bildirib ki, bu layihənin müzakirəsi Ermənistan Konstitusiyasına ziddir.

Azpost.info

Əvvəlki məqalə

Dövlət ehtiyatları üzrə xərclər necə maliyyələşdiriləcək?

Sonrakı məqalə

Sabahdan hava dəyişəcək