Ermənistan parlamentinin vitse-spikeri Xankəndinə gəlib

13 Noyabr 2021 - 12:58

Ermənistan parlamentinin vitse-spikeri İşxan Saqatelyan Xankəndinə gəlib.

Azpost.info bildirir ki, o qondarma guruhun separatçı rəhbərləri ilə görüşüb.

Saqatelyan “Daşnaksyutun” partiyasının rəhbərlərindəndir.

Ermənistan hakimiyyət rəsmilərinin Qarabağa səfərləri nəzərəçarpacaq dərəcədə artıb.  Azərbaycanın ərazilərinə girişi təmin edən Laçın dəhlizi belə səfərlər üçün imkan yaradır. Rusiya sülhməramlılarının bu şəxsləri qanunsuz olaraq Azərbaycana daxil olmasına göz yumması vəziyyəti gərginləşdirməyə xidmət edir.