“Erməni silahlı birləşmələri zərərsizləşdirilməlidir” –Hərbi ekspert

“Son vaxtlar baş verən hadisələr bizi ciddi addım atmağa sövq etməlidir. Çünki həm işğaldan azad olunmuş ərazilərdə, həm də Rusiya sülhməramlıların yerləşdiyi ərazilərdə bəzi xoşagəlməz hadisələrin şahidi oluruq”.

Bunu APA-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

O bildirib ki, bu gün erməni terrorçunun Şuşada Azərbaycan hərbçilərinə qumbara atması regionda Ermənistanın təxribatçı əməllərinin bundan sonra da davam etməsinə bir sübutdur: “Bunlar heç cür sakitləşmirlər və yenidən Azərbaycanı təxribata çəkmək istəyirlər. Ona görə də biz Rusiya sülhməramlılarından qısa müddət ərzində ərazidə olan bütün silahlı erməni tör-töküntülərini zərərsizləşdirmələrini tələb etməliyik. Bunu təkcə özümüzə görə yox, həm də Rusiya sülhməramlılarına görə deyirik. Çünki onların açdığı atəş hansısa rus əsgərinin və ya zabitinin həyatına son qoyacaq. Necə ki, bu bir dəfə artıq baş verib və erməni silahlılarının açdığı atəş nəticəsində 2 rus sülhməramlısı yaralanmışdı”.

Hərbi ekspert vurğulayıb ki, erməni terrorçunun Şuşada azərbaycanlı və rus hərbçiləri olan yerə qumbara atması təxribat xarakterli bir addımdır: “Erməni teleqram kanalları artıq terrorçunu “qəhrəman” elan ediblər. Bu da bir daha göstərir ki, Ermənistan hər zaman faşizmi təbliğ edən, terror törədən vətəndaşlarına qəhrəman kimi baxır. Bu bizdə təəccüb doğurmamalıdır. Onlar faşizmin əlaltısı olan Njdeyə heykəl qoyurlarsa, Monte Melkonyan kimi beynəlxalq terrorçunu özləri üçün qəhrəman hesab edirlərsə, bu artıq onların xislətini ortaya qoyur”.

Ü. Cəfərov qeyd edib ki, Azərbaycan tərəfi beynəlxalq arenada onların iç üzünü açmağa davam etməlidir: “Ermənilərin terrorçu əməlləri ifşa edilməli və bununla bağlı məsələ daim diqqətdə saxlanmalıdır. Dünyanın diqqətini ermənilərin terrorçu fəaliyyətinə yönəltməliyik. Çünki onlar bizə qarşı terrorçu əməllərini daha sonra çox rahat şəkildə Avropada da, Amerikada da törədə bilərlər və necə ki, törədiblər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şuşada hərbçilərimizə qumbara atan erməni terrorçusunun FOTOLARI

Sonrakı məqalə

Ermənistan parlamentinin vitse-spikeri Xankəndinə gəlib