Ermənistan prezidenti Roma Statutunun ratifikasiyasını təsdiqlədi

Ermənistan prezidenti Vaaqn Xaçaturyan Roma Statutunun ratifikasiyasını təsdiqləyib.

Azpost.info xəbər verir ki, o, Beynəlxalq Cinayət Məhkəməsinin səlahiyyətlərinin tanınması haqqında fərman da imzalanıb.

Bundan əvvəl sənəd ölkə parlamenti tərəfindən qəbul edilmişdi. 60 deputat sənədin ratifikasiyasının lehinə, 22 deputat əleyhinə səs verib. Müxalifətdə olan iki fraksiya səsvermədə iştirak etməyib, iclası boykot edib.

Azpost.info

Əvvəlki məqalə

“Ədibin Evi”ndə yazıçı Natiq Məmmədli ilə görüş keçirilib

Sonrakı məqalə

Bakıda İlham Əliyevin prezidentliyinin 20 illiyi münasibəti ilə konfrans keçirilib