Ermənistan Azərbaycanla sərhədə müşahidəçilərin göndərilməsi üçün ATƏT-ə müraciət edib.
Azpost.info xəbər verir ki, bu barədə “Sputnik Armenia” Ermənistan xarici işlər naziri Ararat Mirzoyana istinadən məlumat yayıb.
“Ermənistan Azərbaycanla sərhədə müşahidəçilərin göndərilməsi üçün ATƏT-ə müraciət edib”, – Mirzoyan bildirib.
Oktyabrın 17-də Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri Ermənistan- Azərbaycan sərhədinə mülki missiyanın göndərilməsi ilə bağlı razılığa gəliblər. Bölgəyə 40 müşahidəçinin göndəriləcəyi bildirilir. Monitorinq missiyası müvəqqəti xarakter daşıyacaq və iki aydan çox davam etməyəcək.
Azpost.info