Ermənistan sərhəddəki toqquşmada 6 hərbçisinin öldüyünü elan edib –

Digərlərinin axtarışı aparılır
19 Noyabr 2021 - 10:49
Azərbaycan-Ermənistan sərhədində noyabrın 16-da baş vermiş toqquşma zamanı ölən erməni hərbçilərinin sayı 6 nəfərə çatıb. 
Azpost.info bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi rəsmi açıqlama yayıb.
Məlumatda deyilir ki, daha bir nəfərn şəxsiyyəti müəyyənləşdirlir.
Ölən hərbçilər bunlardır: Baş leytenant Taron Saakyan, müqavilə ilə qulluq edən hərbçilər: Merucan Arutunyan, Qurgen Sərksiyan, Artur Martirosiyan, David Amiryan.
Məluamtda bildirlir ki, Rusiyanın iştitakı ilə itkin düşənlərin müəyyən olunması və hərbi əsirlərin qaytarılması üzrə intensiv iş aparılır.
Hazırda sərhəddə nisbi sakitlikdir.