Ermənistan turizmdən nə qədər qazanır? –

Rus pulu əsas rol oynayır   
03 Sentyabr 2019 - 10:37

2019-cu ilin ilk yarısında Ermənistanı 1 milyon 679 min 284 turist ziyarət edib.

Azpost.info  novator.az-a istinadən bildirir ki, rəsmi statistikaya əsasən, bu, 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 12,8 faiz çoxdur. Turistlərin sayına görə ilk yerdə Rusiya dayanır. 6 ayda bu ölkədən Ermənistana 525 mindən çox turist gəlib. Gürcüstan ikinci (233 min turist), İran üçüncü (132 min turist), ABŞ dördüncü (46 min turist), Ukrayna beşinci (24 min turist) yerdədir.

İqtisadiyyat naziri Tiqran Xaçatryanın açıqlamasına əsasən, Ermənistanın turizm gəlirlərinin 45 faizi rusiyalı turistlərin hesabına formalaşır.

Ermənistanın turizmdən ildə 1,2 milyard dollar gəlir əldə etdiyi bildirilir.

Rəsmi statistikaya görə, 2019-cu ilin yanvar-iyul aylarında Azərbaycana 1 milyon 777,4 min və ya 2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 7,4 faiz çox əcnəbi gəlib. Gələnlərin 30,6 faizi Rusiya, 22,8 faizi Gürcüstan, 9,9 faizi Türkiyə, 7,2 faizi İran, 3,6 faizi Səudiyyə Ərəbistanı, 2,3 faizi Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarıdır.