“Ermənistan Ukrayna ilə müharibədə Rusiyanın müttəfiqi deyil” –PAŞİNYANDAN AÇIQLAMA

Ermənistan Ukrayna ilə müharibədə Rusiyanın müttəfiqi deyil.

Azpost.info bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Paşinyan CNN-ə müsahibəsində deyib.

Paşinyan bildirib ki, bu müharibə onları narahat edir və münasibətlərə birbaşa təsir göstərir: “Bu barədə heç vaxt ucadan deyilməyib, amma məncə, bu, görünəndir: Biz Ukrayna ilə müharibədə Rusiyanın müttəfiqi deyilik. Biz bu müharibədən, bu münaqişədən narahatlıq duyuruq. Çünki bütün münasibətlərimizə birbaşa təsir edir”.

Baş nazirin sözlərinə görə, Qərbdə Ermənistanı Rusiyanın müttəfiqi kimi görürlər: “Rusiyada isə görürlər ki, biz Ukrayna müharibəsində onların müttəfiqi deyilik. Belə çıxır ki, biz bu vəziyyətdə heç kimlə müttəfiq deyilik. Deməli, bizim həssas yerimizdir”.

Paşinyanın fikrincə, bütün bu toqquşmalardan yayınmağın bir yolu var. Amma həqiqət budur ki, vəziyyət nə qədər çətinləşsə, qaçmaq imkanları da bir o qədər daralır: “Biz bundan qaçırıq. Ona görə ki, qaçmırıq ki, vəziyyətlə bağlı heç bir fikrimiz yoxdur,  ona görə ki, bizim qayğılarımız daha çoxdur. Bu isə bizi həmin qayğıların həllinə daha çox vaxt ayırmağa vadar edir” – Paşinyan bildirib.

Azpost.info

Əvvəlki məqalə

“Delimitasiya üçün 1975-ci ilin xəritəsinə etiraz yoxdur” –

Sonrakı məqalə

Prezident İlham Əliyevin Moldovaya səfəri başa çatıb