“Ermənistan və Azərbaycanın xarici işlər nazirləri tezliklə Vaşinqtonda görüşəcəklər. Ümid edirəm ki, Vaşinqtonda əvvəlki danışıqlarda əldə edilmiş irəliləyişlərin bir qismi bundan sonra da artan xətt üzrə gedəcək”.
Azpost.info xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
Paşinyan tərəflərin ərazi bütövlüyünün qarşılıqlı tanınmasına hazır olduqlarını bəyan edib və vəziyyəti gərginləşdirmək cəhdlərini qəbuledilməz adlandırıb.
Azərbaycan və Ermənistan XİN rəhbərləri son dəfə Vaşinqtonda 1-4 may tarixlərində bir araya gəliblər. Nazirlər ABŞ dövlət katibi Entoni Blinkenlə iki dəfə görüşüblər. Danışıqlardan sonra ABŞ dövlət katibi Azərbaycan və Ermənistanın sülh sazişinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə etdiyini bildirib.
Azpost.info